– Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.
– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı.
Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:
– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.
Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb İzmir cəbhəsinə getdi. Midhəd əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər, cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd
Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi.
Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi.
Sıxıntılı həyata arabir təğyir vermək üçün döyüşçülər yunan qarovuluna “ova” gedirdilər.
Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. О da onlara qoşulub çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar.
Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Midhəd əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əsgərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “zeybək qızı”, – deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna