Əsərin üzərində müşahidələrinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin
hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.
Araşdırın • Fikirləşin • Cavab verin
- Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə
əsasən cədvəldə qeydlər edin.
Əsərin
mövzusu |
Əsərdə diqqətə çatdırılan
başlıca problem |
Problemin həllini
yazıçı nədə görür? |
Problemin həlli barədə siz
nə düşünürsünüz? |
|
|
|
|
- Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Anabacı obrazı |
Onun xarakterindəki başlıca
cəhətlər |
Müəllifin bu obraz haqqında
mühakimələri |
Sizin ona
münasibətiniz |
|
|
|
- Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.
- Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin.
Əsərin bədii təsir gücünü artıran vasitələr |
Bədii təsvir və ifadə vasitələri
(nümunələrlə əsaslandırmalı) |
Obrazlı söz, ifadə və
cümlələr (nümunələrlə
əsaslandırmalı) |
Təsvirlər (nümunələrlə
əsaslandırmalı) |
|
|
|
- Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası |
Nə üçün belə düşünürsünüz? |
|
|
Evdə iş
- Müxtəlif mənbələrdən (digər fənlərdən, kitabxanadan, internetdən və s.) topladığınız məlumat
əsasında “Hekayənin yazıldığı dövr haqqında təsəvvürüm” mövzusunda təqdimata hazırlaşın.
III dərs
Tətbiq • Müzakirə • Yaradıcı iş
-
Müzakirə edin: Düşdüyü şəraitdən və vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub
saxlaya bilərmi?
-
Mövzulardan birini seçib işləyin:
- “Hekayə insanlara, həyata baxışımda hansı dəyişikliyə səbəb oldu?” mövzusunda yığcam inşa
yazın.
- “Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?” mövzusunda yığcam esse
yazın.
- İnşa və esselərdən nümunələri müzakirə edin.
Evdə iş
- Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə A.Şaiqin uşaqlar üçün yazdığı əsərlər
barədə məlumat toplayıb öyrənin, mənimsədiklərinizdən müzakirələrdə, tədbirlərdə istifadə edin.