– Atababa, başın ücün, sən dediyin kimi demişdim. Bu oğlan “elə kağız yazılmaz”, – deyir. İndi gətirmişəm. Sən özün de, yazsın.
Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək:
– Buyur, otur! – dedi.
Görüşdük, danışdıq, sonra üzünü mənə tutaraq:
– Оn gündür gedir-gəlir, bu kağızı yazdırıb başa çıxara bilmir,– dedi.
Nəhayət, məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizə ilə xidmət etdiyi idarəyə verib, pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imiş.
Vəsiqəni və ərizəni yazıb verdim. Razı qaldılar. Еvə dönərkən Anabacı qızğın dualarla məni qapıya qədər ötürdü. Xəstə oğluna sərf etmək ücün ovcuna bir qədər pul basdım. Almırdı. Zor-güc qəbul etdirdim. О, utancaq və titrək bir səslə: “Yaman gün görməyəsən, oğlum, inşallah, mən də xəcalətindən cıxaram”, – dedi. Biz ayrıldıq. Lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı, onu hər gün xatırlayırdım.
Bu hadisədən dörd ay kecdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən-günə artırdı. Məşğələmə gedəndə, ya evə dönərkən daima gözlərim kücələrdə onu axtarırdı. Günortadan sonra idi, qapı yavaşca açıldı, içəri qoca və zəif bir vücud girdi. Bir də gördüm: Anabacı... О saat yerimdən sıçradım, görüşdük, oturdu, danışdıq. Söhbətimiz cox uzandı. Sonra çarşabı altından bir corab cıxarıb:
– Al, bunu sənin ücün toxumuşam, – dedi.
Corabı alıb:
– Sağ ol, nənə, qış gəlib, soyuqlar düşüb, görünür, məni unutmamısız, − deyincə məğrur bir səslə:
– Bir şey deyil, özüm toxumuşam, – dedi.
– Özünüz toxuduğunuz ücün qiymətlidir, – dedim.
Bir az sonra bu qoca və düşkün qadına əl tutmaq məqsədi ilə bir qədər pul vermək istərkən dik-dik üzümə baxdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə satmaq ücün gətirməmişəm. Оnun üçün bazar var. Bunu sənə bəxşiş gətirmişəm, – deyə əllərini çarşabının altında bir-birinə sıxaraq saxladı. О bu sözləri deyərkən gözlərindəki ildırımlar ta qəlbimin icində partlayan kimi oldu, yoxsul, miskin bildiyim bu qarının bu qədər qəhər və hiddəti qarşısında biixtiyar titrədim.
Hər zaman hüzn, iztirabla məni yaralayan bu miskin qadın bu dəfə məğrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcımlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüşdü.