Aforizm – yunan sözü olub, mənası kəlam deməkdir. Ümumiləşmiş fikri dildə dəqiq, yığcam, sərrast ifadə edən, müstəqil yaşamaq hüququ qazanmış kəlam. Aforizmlər üçün dərin məna, ifadə gözəlliyi, yüksək bədiilik səciyyəvidir. Aforizmlərdə dərin həyat həqiqətləri, müdriklik, əxlaqi-tərbiyəvi fikirlər ifadə olunur. Aforizmlər atalar sözünə oxşasa da, aralarında fərqlər də vardır. Atalar sözü şifahi xalq ədəbiyyat janrıdır, müəllifi məlum deyil. Yazılı ədəbiyyata məxsus aforizmlərin isə müəllifi məlum olur. Aforizmləri böyük şəxsiyyətlər, dövlət xadimləri, ustad sənətkarlar yaradır.
Məsələn:
İnversiya – latın sözüdür, mənası yerdəyişmə deməkdir. Bədii ifadə vasitəsi olan inversiya əsərdə fikrin təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcıllığının sənətkar tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik normasına görə, xəbər cümlənin sonunda gəlməlidir. Lakin sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını məqsədli çəkildə pozaraq inversiya yaradır.
Bu bəndin birinci misrasında xəbərin cümlənin əvvəlində, ikinci, üçüncü misralarındakı cümlələrdə isə ortada işlənməsi şeirin bədii təsir gücünü artırmışdır.
Konflikt – həyat ziddiyyətlərinin bədii ədəbiyyatda əks olunmasıdır. Bədii əsərdə süjetin inkişafının, iştirak edənlərin mübarizəsinin əsasını təşkil edən münaqişə, toqquşma konflikt adlanır. Bir-birinə əks mövqedə duran qəhrəmanların bu toqquşması, münaqişəsi süjetin əsasını təşkil edir. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə açılır. Lirik, epik, dramatik əsərlərdə bədii konflikt fərqli şəkildə meydana çıxır. Lirik konflikt qəhrəmanın hiss və duyğuları, fərdi daxili aləmi, emosiyalarında, epik konflikt əhvalat və hadisələrin, dramatik konflikt isə daxili və zahiri fəaliyyətin toqquşmasında meydana çıxır. Dramatik konfliktlər janrdan asılı olaraq komik, dramatik, faciəvi olur və pyesin əsasını təşkil edir.
Metonimiya – yunan sözüdür, mənası addəyişmə deməkdir. Bədii təsvir vasitəsi olan metonimiyada bir hadisənin, anlayışın, predmetin adı onunla bağlı olan başqa bir adla əvəz olunur. Məsələn, “Zal onu alqışladı” cümləsində əslində zal deyil, zaldakı adamlar nəzərdə tutulur. S.Rüstəmxanlı yazır:
Doğma sözlər üçün darıxan hanı?
Deyin, qoy dinləsin: “Danışır Bakı!”
Bu nümunədə Bakıdakı diktor əvəzinə Bakı sözü işlədilməklə metonimiya yaradılmışdır.