Ü
Ümman – dəniz
V
Vərzişkar – idmançı
Vücud – varlıq; bədən, cisim
Vüsal – görüş
Y
Yaldızlı – burada: parlaq
Yarğan – ətrafı sıldırımlı iri, uzun dərə
Yarın – sabah, gələcək gün
Z
Zatən – 1. təbii olaraq, əslində, həqiqətdə; 2. əslinə baxanda, əslində, daha doğrusu
Zaval – bəla, müsibət, xətər
Zavallı − acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt
Zehin − hafizə, yaddaş
Zeybək(lər) – Türkiyənin müxtəlif vilayətlərində yaşayan, igidlikdə ad-san çıxaran
zeybəklər milli-azadlıq uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər.
Ziya − işıq, aydınlıq, nur
Zubul – dəmir və ya daş yonmaq üçün alət