Sovuruq –taxılı təmizləmək üçün havaya atma
Sükun − sakitlik
Süqut – burada: düşmə
Sövmiə – yaşayış yeri
Sürahi – 1. məhəccər; 2. uzunboğaz şüşə qab
Süs – bəzək, zinət, bər-bəzək
Ş
Şan – şərəf, şöhrət, iftixar
Şəbnəm – şeh
Şəfqət – mərhəmət, rəhm
Şəmşir – qılınc
Şərafət – şərəf, hörmət
Şlüz – çayda suyu saxlamaq və lazım gəldikdə açıb buraxmaq üçün xüsusi qapı
Şura − burada: dövlətdə, yaxud onun hər hansı sahəsində rəhbər rol oynayan dövlət
orqanlarının adı
Şikəstə − məcazi: qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış
T
Tabaqça – enli taxtadan oyulub hazırlanmış enli, uzunsov qab
Tala – meşədə ağacsız, çılpaq yer, sahə, açıqlıq
Tapqır – atın yəhərinin sürüşməməsi, əyilməməsi üçün döşünün altından keçirilən qayış
Teşi – otdöyən şəklində olan toxuculuq alətidir, nazik bir çubuq vasitəsilə kənd qadınları
onu fırladıb, dizləri üzərində topladıqları yunu və ya pambığı əyirirlər.
Təbərrik – 1. Uğur, xoşbəxtlik gətirməsi güman edilən müqəddəs torpaq, su, parça. 2. Az
tapılan, az ələ düşən şey
Təbi vala – yüksək istedad; coşqun ilham
Təcəddüd − yenilənmə, təzələnmə
Təfavüt –fərq
Təfərrüat – ərəbcə
təfərrü sözünün cəmi. 1. əsas mətləbə az dəxli olan təfsilat, ikinci dərəcəli
əhəmiyyəti olan məsələlər, xırda məsələlər. 2. bir şeyin, məsələnin ən kiçik, ən xırda, ən
incə cəhətləri
Təfsilat – ərəbcə
təfsil sözünün cəmi. Bir işin, hadisənin ən kiçik, ən cüzi təfərrüatı.
Təğyir – dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma
Təhəmmül – dözüm; təhəmmül etmək – dözmək
Tənəzzül – 1. enmə, aşağı düşmə, geriləmə. 2. düşkünlük, özünü alçaltmaq
Tunes – balıq növü
Turan – tarixi baxımdan Orta Asiya və Mavərənnəhr adlanan bölgənin adı. Geniş mənada
isə türklərin yaşadığı bütün əraziləri bildirir.
Tutya – 1. kimyəvi maddə – sink. 2. dindarların müqəddəs saydıqları əşya
Tühaf – qəribə, görünməmiş, anlaşılmaz
Türküstan (türklərin yurdu) – Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan,
Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu,
Sibirin cənubundakı türkdilli regionlar, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid
edilir.