N
Nam – ad
Nəimi (Fəzlullah Nəimi) – orta əsrlərdə Yaxın və Orta Şərqdə şöhrət qazanmış Azərbaycan
mütəfəkkiri
Nəmənə – “ nə”, “necə” mənalarında işlənmiş sual əvəzliyi
O
Odər – görkəmli yazıçı İ.Hüseynovun fərziyyəsinə görə, kainatda OdƏr bəşəriyyəti var.
Bizim qalaktikanın bütün planetlərində insan yaşayır. Birinci yaranmış Ey OdƏr planetidir.
Sahibi də Ey OdƏr babamızdır.
Ö
Örgü (tel) – burada: məftil çəpər, maneə
P
Pak – burada: müqəddəs
Pancur – pəncərə
Pencər – müxtəlif yabanı otların ümumi adı
Pəjmürdəhal olmaq – qanı qaralmaq, kədərlənmək
Pəlmə − tutqun, aydın olmayan, zəif işıq
Pərvaz etmək – uçmaq
Ponza – çəki vahidi, 250 qram
R
Rahib – ömrünü ibadətlə başa vuran adam
Raykom katibi – “rayon komitəsi” sözünün ixtisarı, sovet dövründə rayonun faktiki rəhbəri
Rəngin − rəngli, əlvan
Rəncidə-hal olmaq – qanı qaralmaq, kefi pozulmaq
Rica – xahiş
Riqqət– ürək yumşaqlığı, ürək incəliyi, şəfqət; təsirlənmə, mütəəssir olma, acıma; təəssür
Ruzgar – burada: tale
Ruzi – azuqə, yeyəcək
S
Sajen – ölçü vahidi: 2,13 metr
Sakin – burada: sakit, səssiz, hərəkətsiz
Saklı – burada: dalda (yer)
Sardina – siyənək fəsiləsindən xırda balıq
Səcdə – burada: diz çökmək
Səciyyə − 1. hər hansı bir şeyin və ya hadisənin başqalarından fərqləndirən xüsusiyyəti;
xarakter; 2. xasiyyət, təbiət
Səf – sıra
Səfalət − böyük ehtiyac içində yaşama; yoxsulluq və ehtiyacdan çəkilən sıxıntı
Səfil − daimi yaşayış yeri və daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan
Səhəng – su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, darboğaz qab; güyüm
Sipər − qoruyucu vasitə, qalxan
Sipərdəkilər − burada: müqavimət göstərənlər
Sovxoz – sovet dövründə dövlət kənd təsərrüfatı müəssisəsi