Hiddət − qəzəb, acıq, qeyz, hirs, sərtlik
Hökmfərma − hökm sürmə, hökmran olma
Hüma quşu – cənnət quşu, dövlət quşu
Hürriyyət – azadlıq
Hüzn − kədər, qəm, qüssə
X
Xaki-payinə – ayağının altındakı torpağa
Xali – 1) boş, adamsız, tənha; 2) tutulmamış, boş
Xalxal – heyvanlar üçün tikilidə ayrıca yer
Xam – burada: öz təbii halında olan, əridilməmiş
Xariqə − insanda heyranlıq doğuran şey, hadisə; möcüzə
Xəvf – alçalmaq
Xəzan − məcazi: gənclik təravətinin itirildiyi dövr
Xəzəl – payız fəslində budaqlardan tökülən, saralmış quru yarpaqlar
Xırman – taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz
yer, meydança
Xülya – xəyal
İ
İcz – acizlik
İqbal – tale, müqəddərat, gələcək
İkindi – günün günorta ilə axşam arasında ikinci yarısı, günbatana yaxın hissəsi
İmsiləmək – iyləmək
İsgəndər – Makedoniyalı İsgəndər nəzərdə tutulur
İsmailiyyə – XX əsrin əvvəllərində (1910) tikilən, bu gün də arixitektura baxımından Bakıya
xüsusi gözəllik verən abidələr sırasında özünəməxsus yer tutan binadır. Azərbaycanın
muxtariyyatı və müstəqilliyi ilə bağlı ideyalar ilk dəfə bu binada səslənib. Nadir memarlıq
əsəri olan İsmailiyyəni Azərbaycan milyonçusu Ağamusa Nağıyev 1907-ci ildə dünyadan
vaxtsız köçən oğlu İsmayılın xatirəsinə tikdirib. 1918-ci il martın 31-də bina ermənilər
tərəfindən yandırılmış, sonralar bərpa edilmişdir. Hazırda bu binada Azərbaycan Milli
Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.
İsrar – inad, təkid
İztirab − təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət
K
Kanape – söykənəcəkli taxt, divan
Kar eyləmək – təsir eləmək
Kəc – əyri
Kəcavə – keçmişdə Şərqdə səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının,
adətən, dəvənin üstündə düzəldilən örtülü yer
Kələf – yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq
Kəsif – burada: tutqun
Köməşmək – donmaq
Köşk – bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət
Kövşən – taxıl əkilən yer, zəmi
Kurşun (türkcə) – qurşun: tüfəng və tapança gülləsi
Kuzə – darboğazlı saxsı su qabı, bardaq