Dəc – bir yerə yığılmış arpa, buğda və s. əl toxunmasın deyə onu nişanlamaq üçün taxtadan
və s. düzəldilən iri möhür (nişan)
Dilfirib − məftunedici, valehedici, füsunkar
Donanmaq (donatmaq) – bəzənmək
E
Ehram – 1. Qədim Misirdə fironların məqbərəsi, piramida. 2. hacıların Kəbədə ziyarət
geyimi
Ehya − vücuda gətirmə, canlandırma, bərpaetmə
Elxan (Elxanilər) – Elxanilər dövləti hökmdarlarının titulu. Həmin titul ilk dəfə Hülaku
xana verilmişdir.
Etimad – etibar, inam
Eyş-işrət – kef çəkmək, əylənmək
Ə
Ədna – alçaq, nanəcib adam
Ədüvv – düşmən, yağı
Əxlaq – 1. insanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar;
mənəviyyat; 2. insanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü
aparma qaydası
Ələm – dərd, qəm, kədər, qüssə
Əmniyyəbaşı – İranda: polis başçısı, jandarm başçısı
Əngin (fəza) – sonsuz
Ənsə – boyunun arxası
Ərbab – ağa, sahibkar
Ərməğan – hədiyyə, bəxşiş, pay, sovqat, töhfə
Əsər (üzdə, sifətdə) − iz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal
Əsrarəngiz – sirli, sirr ilə dolu, anlaşılmaz
Əski – keçmiş, köhnə
Əza – bədən üzvü
F
Fazil – fəzilət, hörmət sahibi, fəzilətli
Fəci – faciəli
Fəqət – lakin, amma
Fəxarət – burada: fəxr etmək
Fəs – bəzi Şərq ölkələrində kəsik konus şəklində , əsasən qırmızı rəngli, qotazlı baş geyimi
Fövrən − dərhal, həmin saat, əlüstü, tez
Füsunlu − sehrli; valehedici, əfsanəvi
G
Girdəkan – qoz
Gömülmək – 1. basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək; 2. məc. məhv
edilmək, yox edilmək, puça çıxarılmaq
H
Haşa – əsla, heç bir vaxt
Həqarət – hörmətsizlik, sayğısızlıq; heysiyyətə, mənliyə toxunan hərəkət, söz
Həqiranə – alçalmaqla