L Ü Ğ Ə T
A
Ağı – 1. zəhər; 2. yas yerində söylənən yanıqlı sözlər
Alaçıq – çubuqlardan qurulub üstü keçə ilə örtülən köçəri mənzili, çadır
Artel – şirkət, birləşmə, təsərrüfat birliyi
Aşıq – uşaqların aşıq-aşıq oyununda işlətdikləri (adətən, qoyunun diz qapağından çıxarılan)
sümük
Aşina – dost, yaxın yoldaş
Aşiyan – məskən, sığınacaq
B
Badya – içinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s. düzəldilən altı
gen böyük qab
Bağ ata – xalq yazıçısı İ.Hüseynov yazır ki, “Boq” yox, “Bağ” olmalıdır. Türklərin fikrincə,
Bağ ata İstanbul şəhərinin yaxınlığındakı kiçik bir evdə yaşamışdır.
Bana (türkcə) – mənə
Barigah – 1. imarət. 2. böyük bir şəxsin hüzuru
Bardaq – saxsı su qabı
Başaq – biçin zamanı yerə tökülən sünbül qırıntıları
Beyət etmək – tabe olmaq, hakimiyyətini qəbul etmək
Bəşəriyyət – burada: insanlar
Bəlabəhri – bəla dəryası, qəm dənizi
Bərgiz – işığınız, elektrikiniz
Bəyan etmək – bildirmək
Bəyaz – ağ
Bəzmi-istirahət – istirahət məclisi
Biixtiyar − ixtiyarsız, qeyri-iradi, özündən asılı olmayaraq
Bilfel – 1) işdə; 2) indi, hələ, hələlik; 3) həqiqətən, həqiqətdə, doğrudan
Binə – burada: təməlini qoymaq
Bişəkk – şəksiz, şübhəsiz, yəqin, əlbəttə
Bulama – təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü
C
Cadə − böyük yol, baş küçə, işlək yol
Came – böyük məscid
Cəhrə − yun əyirmək üçün əl ilə işlədilən sadə alət
Civar – ətraf, yaxın yerlər, ətraf yerlər
Ç
Çamlıqlar − şam meşələri
Çərəkə – keçmişdə ərəb əlifbasını öyrənmək üçün dərslik
D
Dalğın − dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul
Darülfünun − universitet
Depo – vaqon və lokomotivlərin dayanması və təmiri üçün xüsusi yer, emalatxana