III MÖVZU
“Bədii ədəbiyyatımız musiqidə, rəssamlıqda, kinoda”
(elmi-tədqiqat səciyyəli təqdimatlar )
- Təqdimatların xarakteri (hesabat, videofilm, fotoşəkillər, illüstrasiyalar və s.), ayrılan
vaxt, istifadə ediləcək vasitələrin (elektron lövhə, proyektor və s.) müəyyənləşdirilməsi.
- Təqdimatların məzmunu və hazırlanması ilə bağlı (istifadə ediləcək internet mənbələri,
kitabxana materialları, sənətkarlarla, oxucu və tamaşaçılarla müsahibə və
s.) təlimatlandırılma.
- Təqdimatların nümayiş etdirilməsi:
- Söz sənəti və musiqi
- Bədii ədəbiyyat rəssamlıqda
- Bədii əsərlərin ekran təcəssümü
- Layihələrin qiymətləndirilməsi.
IV MÖVZU
“Ədəbiyyat dərslərində öyrəndiyim hansı əsər
məndə daha güclü təəssürat oyatdı”
(esse müsabiqəsi )
- Müsabiqənin şərtlərinin (essenin həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə
tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi.
- Münsiflərin seçilməsi və təlimatlandırılması.
- Ən yaxşı esselərin seçilməsi, ədəbiyyat kabinetində nümayiş etdirilməsi.
- Şagirdlərin və valideynlərin iştirakı ilə müsabiqənin yekunlaşdırılması, seçilmiş
esse nümunələrinin müəlliflərin təqdimatında dinlənilməsi.
- Münsiflərin, valideynlərin və şagirdlərin rəylərinin dinlənilməsi.
- Layihələrin qiymətləndirilməsi.
- Qaliblərin rəğbətləndirilməsi.