I MÖVZU
“Mənəvi dəyərlərimizi yaşadaq”
(ədəbi-bədii kompozisiya)
- “Qloballaşma şəraitində xalqımızın milli-mənəvi dəyərlərini qoruyaq” mövzusunda
məruzənin hazırlanması.
- Musiqili ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik qrupların yaradılması.
- Mənəvi dəyərlərimizi əks etdirən folklor nümunələri ilə çıxış edəcək kiçik qrupun
çıxışının ssenarisinin hazırlanması.
- Mənəvi dəyərlər üzrə ədəbi viktorinanın suallarının tərtib edilməsi.
- S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Təbrizim” şeirlərini ifadəli oxusu üzrə
ifaçıların seçilməsi.
- Aparıcıların seçilməsi, proqramın hazırlanması.
- Layihənin qiymətləndirilməsi.
II MÖVZU
“Ədəbiyyat və incəsənətimizdə ana obrazı”
(maraqlar üzrə təqdimat müsabiqəsi )
- A.Şaiqin “Anabacı” hekayəsi üzrə səhnələşdirmə ssenarisinin hazırlanması, çıxış
edəcək qrup üzvləri arasında vəzifə bölgüsünün aparılması.
- Anaya həsr olunmuş əsərlərin seçilməsi, ifadəli oxuyacaq şagirdlərin
müəyyənləşdirilməsi.
- Anarın “Keçən ilin son gecəsi” dramından bir epizodun ifası üçün iştirakçıların
müəyyənləşdirilməsi.
- “Kinoda ana obrazı” mövzusunda məruzəçinin müəyyənləşdirilməsi.
- “Onu bağışlamaq olarmı?” filmindən bir fraqmentin seçilməsi və nümayiş üçün
hazırlanması.
- Ana haqqında musiqi əsərlərini ifa edəcək şagirdlərin müəyyənləşdirilməsi.
- Aparıcıların seçilməsi, proqramın hazırlanması.
- Layihələrin qiymətləndirilməsi.