Müqayisə xarakterli məruzənin üzərində işləyərkən informasiya səciyyəli məruzə ilə bağlı qazandığınız bacarıqları tətbiq etməyi unutmayın. Burada başlıca fərq müqayisənin xüsusiyyətlərinin, tətbiqi qaydalarının diqqət mərkəzində saxlanılmasıdır. Ümumiyyətlə, məruzədə faktlara, rəqəmlərə, sitatlara tez-tez müraciət edilir. Bu isə yazınızın məzmununa və formasına təsirsiz qalmır. Deməli, yazı tərziniz, üslubunuz yeni bir çalar qazanır.
Müqayisə xarakterli mətnin (inşa, esse, məruzə) hansı səviyyədə yerinə yetirildiyini – özünüqiymətləndirməni aşağıdakı meyarlardan istifadə etməklə də müəyyənləşdirmək mümkündür:
Məruzə ilə bağlı səkkizinci sinifdə öyrəndiyiniz qiymətləndirmə meyarlarından doqquzuncu sinifdə də istifadə edə bilərsiniz.