II dərs
Məzmun üzrə iş
- Evdə oxuduğunuz hissəni bir daha nəzərdən keçirin, kiçik qruplarda birləşərək tapşırıqları yerinə
yetirin:
- Sizin üçün ayrılmış bəndlərdəki söz və ifadələrin mənasını dəqiqləşdirin.
- Ayrı-ayrı misralarda ifadə olunmuş və ilk oxuda başa düşmədiyiniz fikirləri aydınlaşdırmağa
çalışın.
- Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
- Üzərində işlədiyiniz bəndlərin məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab
hazırlayın.
- Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Bilik və bacarıqlarınızı tətbiq edin.
-
Müzakirə edin: Poemanın ikinci hissəsi məzmunca birinci hissədən fərqlənirmi?
-
“Heydərbabaya salam” əsərinin poema janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın.
Evdə iş
- “Heydərbabaya salam” əsəri və onun müəllifi haqqında təəssüratım” mövzusunda təqdimata hazırlaşın.
III dərs
Təhlil üzrə iş
- Əsərin təhlilinə hazırlaşın
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın
Əsər nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında lirik poemanın nadir incilərindən biridir.
Uşaqlıq illərini Heydərbaba dağının ətəklərində, Xoşginab, Şəngilova, Qayışqurşaq, Qaraçəməndə
keçirən Şəhriyarın hafizəsində bu yerlərlə bağlı xatirələr silinməz iz buraxmşıdır. Bu torpağın əsrarəngiz
təbiəti, xalq həyatının ayrı-ayrı məqamları, insanların unudulmaz siması, müxtəlif hadisələr
şairin yaddaşına həkk olunmuş, illər sonra poemada bədii lövhələrə çevrilmişdir.
Əsər ana dilimizin möhtəşəmliyini təsdiq edən poetik abidədir. Şifahi xalq ədəbiyyatının ruhu, xalq
etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, nəticədə təkrarolunmaz gözəlliyi
ilə seçilən ölməz sənət əsəri meydana gəlmişdir. Bənzərsiz bədii təsvir və ifadə vasitələrindən
orijinal tərzdə istifadə poemanın poetik qüdrətini artıran amillərdəndir. Əsərlə bağlı tapşırıqları yerinə
yetirərkən deyilənləri nəzərə almaqla yanaşı, bədiiliyi təmin edən digər vasitələri, müəllifin bəzən
üstüörtülü ifadə etdiyi mühüm mətləbləri aydınlaşdırmağa çalışın.
Araşdırın • Fikirləşin • Cavab verin
- Əsər xoşunuza gəldimi? Səbəbini izah edin.
- Bu əsəri yazmaqda şairin məqsədi, sizcə, nə olmuşdur?
- “Poemada ciddi ictimai və siyasi problemlər əksini tapmışdır” fikrini doğru saymaq olarmı?
Fikrinizi nümunələrlə əsaslandırın.
- Əsərin bədii cəhətdən kamil olmasının başlıca səbəbləri, sizcə, hansılardır?
- Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?
Evdə iş
- Mövzulardan birini seçib təqdimata hazırlaşın.
- Poema şairin xalqına və vətəninə sonsuz sevgisinin bədii ifadəsidir.
- M.Şəhriyarın ana dilində yazdığı bədii əsərlər.
IV dərs
Tətbiq • Müzakirə • Yaradıcı iş
- Kiçik qruplarda birləşib, aşağıdakı tapşırıqları yerinə yetirin.
- Filoloq-tənqidçi Tofiq Hacıyev yazır: “Dərdi ana dilində daha kövrək, daha zərif demək olur –
ümumiyyətlə, dərdin dili layla dilidir. Və insan nə qədər dil bilsə də, dərdini, ağrısını düşünəndə
ana dilində düşünür. Ən dəhşətli ağrının ana dilində təzahürü ümumbəşəri psixoloji qanundur.
.