Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!
Fəqət ana! O müqəddəs adın qabağında –
O, pak bağrına bassın məni, desin lay-lay,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
– Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
I dərs
Məzmun üzrə iş
- Müəllimin oxusunu və izahını diqqətlə izləyin. Tanış olmayan sözlərin mətnə müvafiq mənasının
aydınlaşdırılmasında fəal iştirak edin.
- Dörd qrup yaradın. Hər qrup iki bəndin üzərində işləməklə məzmununu ətraflı öyrənin.
- Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
Evdə iş
- İncəsənətin digər növlərindən – teatr və kino sənətindən tanış olduğunuz ana obrazlarının
müqayisəsinə həsr olunmuş məruzə mətni hazırlayın.
II dərs
Təhlil üzrə iş
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Ədəbiyyatımızda qüdrətli dramaturq kimi tanınan C.Cabbarlı yaradıcılığa müxtəlif mövzularda
yazdığı şeirlərlə başlamışdır. Əruz vəznində olan “Ana” şeiri maraqlı məzmununa, parlaq ideyasına və
bənzərsiz bədii xüsusiyyətlərinə görə oxucuların böyük rəğbətini qazanmışdır. Şeirdə diqqəti ilk cəlb
edən lirik qəhrəmanın coşqun hisləri, emosionallığı olur. O, oxucunu dərindən düşündürür və uzun
müddət unudulmur. Əsərin üzərində müşahidələrinizi davam etdirin, lirik qəhrəmanın yaddaqalan
olmasının səbəbini, xarakterindəki mühüm cəhətləri aydınlaşdırmağa çalışın.
Şeirin bədii gözəlliyini təmin edən vasitələri aşkara çıxarmağa çalışın. Bədii təsvir və ifadə
vasitələrindən necə istifadə olunduğuna xüsusi diqqət yetirin.
Araşdırın • Fikirləşin • Cavab verin
- Şairin bu mövzuda əsər yazmasının səbəbini necə izah edərsiniz?
- Lirik qəhrəmanın hiss və duyğuları sizdə hansı düşüncələr yaratdı?
- Lirik qəhrəmanın hislərinin səmimiliyi şeirdə uğurla ifadə edilibmi? Əgər edilibsə, müəllif buna
necə nail olub? Cədvəldən istifadə edin.
Lirik qəhrəmanın keçirdiyi hislər |
Bu hisləri ifadə etmək üçün şairin istifadə etdiyi vasitələr |
|
|
- Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi nümunələr
seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.
Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər |
Fikrinizi nümunələrlə əsaslandırın |
|
|
- Şeirin təsir gücünü əhəmiyyətli dərəcədə artıran bədii vasitələr hansılardır? Fikrinizi əsərdən seçdiyiniz
nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.
Şeirdə işlənmiş ən mühüm bədii vasitələr |
Şeirin bədii təsir gücünün artmasında onların rolu |
|
|
- Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin.
Şeirin əsas ideyası |
Nə üçün belə düşünürsünüz? |
|
|