MƏHƏMMƏDHÜSEYN
ŞƏHRİYAR
(1905 – 1988)
• Onun yaradıcılığı təkcə ona görə qiymətli
deyildir ki, xalq ruhu ilə yoğrulub,
həm də ona görə dəyərlidir ki, otaylıbutaylı
ədəbiyyatımızın arasında yeni və
heç vaxt zəifləməyəcək körpü salıb.
İslam Qəribli
Yada salın
- Cənubi Azərbaycan həyatından bəhs edən hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə daha çox hansı mətləblər əksini tapır?
Düşünün
- Xalq adət-ənənələrinin geniş əks olunduğu əsərlər sizdə hansı
hiss və düşüncələr yaradır?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
HEYDƏRBABAYA SALAM
(ixtisarla)
– birinci hissə –
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,