Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan… Üzü ağsan. Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan. |
|
Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. |
|
İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı, Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı! |
|
Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı. Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı. |
|
Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. |
|
Qaranlıqda oğru kimi yurda gecə girdi onlar, Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar, Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar. |
|
Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm. Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. |
|
Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən, Təpiyimin altındaca gəbərəcək, öləcəksən. |
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü (nə üçün belə düşünürsünüz?) |
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. | |
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. | |
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. | |
Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. |
|
Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən. |