Müqayisə hansı əsaslar üzrə aparılır |
“İstiqlal” poeması |
“Gələcək gün” romanı |
|
|
|
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Bəxtiyar
Vahabzadənin xidmətləri böyükdür. Ölkəmizin xüsusən o çox
gərgin vəziyyətində siz vətəndaşlıq, ziyalılıq cəsarəti göstərmisiniz.
Ona görə də nə mən, nə də xalqımız bunu unuda
bilmərik və onu yüksək qiymətləndiririk.
Heydər Əliyev
Ümummilli Lider
Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən düşündürür,
Xeyir və Şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi – bir
sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə
qaldırmaq ehtirası Bəxtiyarın fitrətindəndir. Lirizm və
vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa cümlədir.
Bəxtiyar vətənpərvərdir, aqildir, sözün yaxşı mənasında, nəsihət
verən, yol göstərən sənətkardır.
Çingiz Aytmatov
Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil
nə isə, Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə
odur. Bu baxımdan, yeni Azərbaycan Cümhuriyyətinin yaranmasında
onun hayqıran yaradıcılığının mühüm bir payı vardır.
Yavuz Bülənt Bakilər
Bəxtiyar xalqının, vətəninin sevgisini, qayğısını qazanmış bir
şairdir. Bu isə yaradıcı insan üçün ən böyük bir səadətdir
Balaş Azəroğlu