Sonra bıçağı kürəyindən çıxarmağa
çox cəhd etdisə, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə
düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzangül donub qalmışdı. İnana
bilmirdi ki, bu işi o tutub. Belə bir gücü o, haradan ala bildi! Bir azdan yaşlı erməni
yüyürə-yüyürə içəri girdi:
– Levon, nə olub? – soruşdu.
Levonun kürəyinə sancılmış bıçaqla üzü üstə düşdüyünü görüb, bir anlığa özünü
itirdi. Yoldaşına kömək eləyib kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə, bayıra
- Xəzangülün belə bir
vəziyyətə düşməsinin
səbəbini necə izah
edərsiniz?
yüyürdü. Xəzangül isə daş heykəl kimi donub qalmışdı,
heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən
körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu
hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu
nişan alıb atəş açdı. Bundan sonra araya sükut çökdü.
Yaşlı erməni Levonun yanına yüyürdü. Xəncəri onun
kürəyindən çıxardı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa, ondan
cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci
bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzangül daha eşitmədi.
I dərs
Məzmun üzrə iş
- Əsəri oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
- İlkin təəssüratınızı siniflə bölüşün.
- Parta yodaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın.
- Hekayə haqqındakı təəssüratınızı və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.
Əsərdə diqqətimi daha çox cəlb edənlər |
Bunun səbəbi |
|
|
- Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr |
Bədii təsvir və ifadə vasitələrinin növü |
|
|
- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
- Gəldiyiniz nəticə ilə bağlı təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Evdə iş
- Əsəri hissələrə ayırın, birinin məzmununu iki formada – yığcam və geniş danışmağı öyrənin.
II dərs
Təhlil üzrə iş
- Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Hekayədə Qarabağ müharibəsinin ağır günlərindən biri təsvir edilir. Körpəsi ilə birlikdə amansız
düşmənlə üzbəüz qalan yaralı Azərbaycan qadınının hiss və düşüncələri, bütövlükdə mənəvi aləmi,
xarakterindəki başlıca cəhətlər tutarlı bədii boyalarla əks etdirilmiş, fərdi keyfiyyətləri ilə yadda qalan
obrazı yaradılmışdır. Xəzangül “Kitabi-Dədə Qorqud” dastanındakı Burla xatun kimi, övlad taleyi ilə
sınağa çəkilir. Əgər dastanda kafirlər anaya oğlunun ətini yedirtmək istəyirlərsə, XX əsrin ən qəddar
cinayətkarları – erməni qatilləri gənc anadan südəmər körpəsini öz əlləri ilə öldürməyi tələb edirlər.