Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, vətənimizin müstəqilliyi şairin ən böyük idealı, həyatının əsas mənası idi. Onu “milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər əsərlərində olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını dərin məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin deyildir. 10 aprel 1919-cu ildə Bakı şəhərində, parlament binasının üzərində dalğalanmış üçrəngli milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır.
Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə çalışın. Şeirdə bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə, sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyə münasibət bildirin.
s.s. | Hansı əsasa (əlamətə) görə müqayisə edilirlər? |
Ə.Cavad. “Azərbaycan bayrağına” |
|
1 | Mövzuya görə | ||
2 | Məzmuna görə |
Əsərdə əksini tapmış əsas mətləblər |
Bunu təsdiq edən nümunələr | Mühüm hesab etdiyiniz mətləblərə münasibətiniz |
Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər | Bunu təsdiq edən nümunələr | Lirik qəhrəmana münasibətiniz |
s | Əsərin bədii təsir gücünü artıran vasitələr | Onların rolunu nümunələr əsasında aydınlaşdırın |
1 | Sözlərin, ifadələrin uğurla seçilməsi | |
2 | Uğurlu qafiyələr | |
3 | Bədii təsvir vasitələri | |
4 | Bədii ifadə vasitələri |
Əsərdəki başlıca fikir – ideya | Nə üçün belə düşünürsünüz? |