Şeiri Elçinin “Talvar” hekayəsi ilə mövzu, ədəbi növ, janr, ideya baxımından müqayisə edin.
Müqayisənin nəticəsini cədvəldə qeyd edin.
Müqayisə edilən xüsusiyyətlər
“Fəhlə əli”
“Talvar”
“Talvar” hekayəsindən bir parçanın ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyicilərə
nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.
İfaları dinləyib müzakirə edin.
Evdə iş
Əsərin sizdə ən güclü təəssürat yaradan bir epizodunun ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən
istifadə edin.
Müstəqil iş üçün
Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlaşın.