- Əliabbas kişi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Xarakterindəki başlıca
xüsusiyyətlər |
Davranış və
əməlləri |
Digər obrazların
ona münasibət |
Yazıçının ona
münasibəti |
Bu obraza sizin
münasibətiniz |
|
|
|
|
|
- Əliabbas kişi ilə cavan ustanın dialoqu sizdə hansı düşüncənin yaranmasına səbəb oldu? Fikrinizi
nümunələrlə əsaslandırın.
- Əsərə çəkilmiş şəkli uğurlu hesab edirsinizmi? Nə üçün?
- Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydınlaşdırın.
Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr |
Fikrin təsir gücünün artmasında onların rolu |
|
|
- Bu hekayə janr baxımından povestdən hansı cəhətlərinə görə fərqlənir? Fikrinizi nümunələrlə
əsaslandırın.
- Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın.
Evdə iş
- Kitabxanadan, internet mənbələrindən topladığınız məlumat əsasında “Ədəbiyyatımızda əməkçi insan
obrazı” mövzusunda təqdimat hazırlayın.
IV dərs
Tətbiq • Müzakirə • Yaradıcı iş
- Hüseyn Arifin “Fəhlə əli” şeirini oxuyun, tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
FƏHLƏ ƏLİ
Alovmu? Şimşəkmi? Bu necə sirdir?
Alovda közərib, odda bərkiyib.
Bilmirsən, poladdır, bilmirsən, dəmir,
Poladlar sındırıb, dəmirlər əyib.
Şaxtada köməşib, qarda bürüşməz,
Nə tikan qanadar, nə iynə batar.
Gecəni gündüzlə eyləyib əvəz,
Nəhəng qayaları baş-başa çatar.
Yetişib köməyə, çatıb haraya,
Ona bərk də tanış, boş da tanışdır.
Qalxıb uzansa da ulduza, aya,
Özgə süfrəsinə uzanmamışdır.
Ovcunda qaynayıb coşur bu əlin
Zavod da, mədən də, torpaq da, su da.
Qızılgül ətritək xoşdur bu əlin
Benzin qoxusu da, neft qoxusu da.
- Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.
- Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
- Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, onların fikrin təsir gücünün artmasında
rolunu aydınlaşdırın.