Evdə iş
- Mövzulardan birini seçib təqdimata hazırlaşın.
- Gənc nəslə münasibətdə kim haqlıdır: Həmidə xala, yoxsa Eynəkli kişi?
- Yaşlı adamların çox vaxt gənc nəsildən gileylənməsinin səbəbini nədə görürəm?
III dərs
Tətbiq • Müzakirə • Yaradıcı iş
- Mövzulardan birini seçib debata hazırlaşın.
- Valideyn-övlad münasibətlərindəki soyuqluğa səbəb onların həyata fərqli baxışıdır.
- İnsanların yadlaşması son dövrlərin başlıca xüsusiyyətidir.
- Bir nəfərdən ibarət (sayı çox da ola bilər) hakim müəyyənləşdirin.
- Kiçik qruplarda birləşib debat üçün seçdiyiniz sualı müzakirə edin.
- Əvvəlcə müsbət, sonra isə mənfi cavabları əsaslandıran dörddən az olmayaraq dəlil müəyyənləşdirin.
Bu dəlillərin əsaslı olduğuna, izah və sübut edə biləcəyinizə diqqət edin.
- Müəyyənləşdirdiyiniz dəlilləri digər qrupun hazırladığı dəlillərlə tutuşdurub oxşarlığı nəzərdən
keçirin.
- Mövqeyinizi müəyyənləşdirin: ya müsbət, ya da mənfi cavabları müdafiə edəcəyiniz barədə
qərar verin.
- Seçdiyiniz mövqedən asılı olaraq, iki qrupa ayrılıb müzakirəyə başlayın.
- Bir tərəfin (spikerin) verdiyi suala digər tərəfin spikeri cavab verir. Dəlillərinizi təsdiq edən
əlavə faktlar, rəqəm və göstəricilər nümayiş etdirə bilərsiniz.
- Başlıca vəzifəniz haqlı olduğunuza hakimi inandırmaqdır, çünki hansı tərəfin mövqeyinin
inandırıcı olduğunu o təyin edir.
- Hakim seçimini əsaslandırmalıdır.
- Növ və janr baxımından dramla romanın oxşar və fərqli cəhətlərini müəyyənləşdirib qısaca yazın.
Evdə iş
- Keçən ilin son gecəsi” dramında təsvir edilənlər mənim düşüncələrimdə hansı dəyişikliyi yaratdı?”
mövzusunda təqdimat hazırlayın.