Əsər oxunduqca yeni-yeni suallar doğur: lent yazısındakı hansı sözlər anaya təskinlik verir? Qəzənfərin hansı fikri həqiqəti başa düşməkdə anaya kömək edir? Övladlarının yeni il gecəsi ananın başına cəm olmaması faciədirmi? Övladların bir qisminin böyüyəndən sonra valideynlərindən soyumasına, bəzən də uzaqlaşmasına səbəb nədir?
Bu qəbildən suallar ciddi araşdırma tələb edir. Dərslikdəki tapşırıqlar əsərdəki mətləbləri aydınlaşdırmağa və qiymətləndirməyə imkan verəcəkdir. Dramla bağlı topladığınız məlumat, eləcə də aşağıdakı fikirlər daha səmərəli tədqiqat aparmaqda yardımçınız olacaqdır.
“Həyatın mənası nədədir” sualına Anarın əsərləri və qəhrəmanları, adətən, bu cür cavab verirlər: mənəvi ünsiyyətdə! Fərdlər, nəsillər, ömürlər və əsrlər arasında fasiləsiz rabitədə... Anar keçmişin inkarı və gələcəyə laqeydliyə qarşı çıxır, “zamanın bağları” həyatda qırılanda onu sənətdə qırılmağa qoymur. Bu məhz vicdani-əxlaqi baxımdan ciddi vətəndaşlıq əhəmiyyəti kəsb edir”.
Y. Qarayev.
“Anarın yaradıcılığının ən qüvvətli cəhəti insan dəyərlərini açmaq, özü də insanların öz gözləri, öz ölçüləri ilə açmaqdır. Anarın obrazları müxtəlif dəyərlərə, keyfiyyətlərə malik real insanlardır və hər konkret situasiyada öz real insan xislətləri ilə çıxış edirlər.
Anarın obrazlarının dili də fərdidir, bir-birindən fərqlənir”.
A. Məmmədov.
Həmidə ana obrazı | |
Xarakterindəki başlıca xüsusiyyətlər | |
Düşüncələri (həyata, ailə münasibətlərinə baxışı) | |
Nitqi – danışığı üçün səciyyəvi olan cəhətlər | |
Digər obrazlara münasibəti |
Dramda işlənmiş bədii təsvir və ifadə vasitələri | Əsərin təsir gücünün artmasında onların rolu |
Əsərin ideyası | İdeyanın başa düşülməsində əhəmiyyətli olan ifadə və cümlələr |