Tofiq: Ana, o nə lentdir ki...
Həmidə (
əsəbi): Nə borcuna? Dedim dəyməyin, dəyməyin. (
Birdən belə kəskin danışdığı
üçün pərt olur, mehriban gülümsəyir, uşaqlara yanaşır, Tofiqin başını sığallayır) Qurban
olum, o lentdə sən istəyən bir şey yoxdur, köhnə yazıdır. Rəhmətlik atan yazıb o vaxt. Bülbül
“Sənsiz” oxuyur. (
Oğlunu öpür) Qonaqların haçan gələcək?
Tofiq: Birazdan.
Həmidə otaqdan çıxır.
Tofiq: Şamil, bəs sən gətirən lentlər hanı?
Şamil: Budey.
Tofiq: Elə bu?
Çingiz: Bəsdir də. Rəqs axşamı düzəltmirik ki. Üç kaset səninki, iki bu. Seyran da gətirəcək.
Tofiq: Bir buna da qulaq asaq.
Lenti taxırlar. Ritmik musiqi. Uşaqlar yenə bayaqkı kimi rəqs edir, oxuyurlar. Rüstəm qapıda
görünür. O, acıqlıdır.
Rüstəm: Mən başa düşmürəm, bura dəlixanadır, stadiondur, küçədir, meşədir, çöldür, ya
evdir? Qonşuları köçürtmək istəyirsiniz?! Bir az yavaş olmaz?!
Şamil cəld səsi azaldır.
Rüstəm: Ana, ay ana!
Həmidə (
gəlir): Nədir, ay Rüstəm?
Rüstəm: Ana, mən özümü pis hiss eləyirəm. Başım ağrıyır. Yatacam. Xahiş eləyirəm, səsküy
salınmasın.
Həmidə Yaxşı, gözlərinin qadasını alım, get o otaqda bir az yat dincəl, vaxtı gələndə
oyadarıq səni, Yeni ili qarşılayarıq.
Rüstəm gedir.
Həmidə: Tofiq, qurban olum, siz də onun səsini bir balaca aşağı salın, yaxşımı?
Şamil: Baş üstə, anacan.
Gedirlər. Səkinə gəlir, əlində iri bulud var.
Səkinə (
çağırır): Ay bu evin yiyəsi!
Həmidə (
gəlir): Xoş gəlmisən, səfa gətirmisən. Gətirdin? Ay sağ ol. (
İri buludu Səkinədən
alır) Otur da, Səkinə bacı, ayaq üstə niyə dayanmısan?
Səkinə: Yaxşıdır, narahat olma. (
Otururlar) Deyirəm, ay Həmidə bacı, gün o gün olsun,
bundan da iri buludlarda aş bişirəsən, oğullarının, qızının toyunu eləyəsən.
Həmidə: Çox sağ ol. Sənin Ramizivin toyunda aş bişirək.
Səkinə: Deməli, evdəsən bu axşam.
Həmidə:: Harda olacam? Təzə ili qarşılamaq dəb düşəndən heç elə olmayıb ki, bu gecə bir
yerə qonaq gedəm. Həmişə evdə. Yox, amma yalan dedim, bircə dəfə evdə olmamışam. Əlli
ikinci il gəlirdi, Qəzənfər rəhmətliklə Moskvadan qayıdırdıq. Mahaçqalanın yanında poyezdi
saxladılar. Yolu qar basmışdı. Təzə ili vaqonda qarşıladıq. Yazıq rəhmətlik düşdü getdi,
ayından-oyundan alıb gətirdi.
Səkinə: Yaxşı adam idi, həmişə adamı min dillə dindirərdi... (
köksünü ötürür) Heç elə bil
yox imiş! Eh, ay Həmidə bacı, vallah, bu dünyanın vəfası yoxdur. Öldüyü neçə ildi?