Ədəbiyyatımızın istedadlı nümayəndələrindən olan Əli Kərimin yaradıcılığında milli-mənəvi dəyərlərə bağlılıq, sadə zəhmət adamına rəğbət, insanın daxili zənginliyi, xarakterinin mürəkkəbliyi, anaya, ataya münasibət, müharibə, qəhrəmanlıq və s. hislər, düşüncələr yüksək sənətkarlıqla əks olunmuşdur. Bu mahir söz sənətkarının şeirlərindəki insan obrazları mükəmməl poetik cizgilərlə oxucunun gözü önündə canlanır, onu düşünməyə, təsvir edilən insan talelərindən, hadisələrdən ibrət almağa, nəticə çıxarmağa sövq edir.
Şairin əsərlərində anaya ehtiram motivləri, xüsusilə güclüdür. Bu, şairin öz sələflərinin – klassiklərimizin anaya həsr olunmuş əsərlərindən məzmun, dil, üslub baxımından fərqlənən “Qaytar ana borcunu” şeirində daha aydın duyulur. Həyati müşahidələrə əsasən yazılmış bu əsər gənc nəsli xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmağa səsləyir.
Əsərin hər kəlməsinin, cümləsinin üzərində düşünün, ananın hiss və həyəcanlarının necə ifadə olunduğuna, müəllifin mövqeyini aydınlaşdırmağa çalışın.
Əsərdə qaldırılmış başlıca problem | Müəllif problemin həllini nədə görür? | Siz necə düşünürsünüz? |
Ana obrazı | |
Xarakterindəki başlıca cəhətlər (nümunələrlə əsaslandırmalı) |
Övladına münasibəti (nümunələrlə əsaslandırmalı) |
Müəllifin... | |
Ana obrazına münasibəti (nümunələrlə əsaslandırmalı) |
Oğul obrazına münasibəti (nümunələrlə əsaslandırmalı) |
Bədii təsvir və ifadə vasitələrinə aid nümunələr | Əsərin bədii gözəlliyinin – fikrin təsir gücünün artmasında onların rolu |
Əsərin əsas ideyası nədir? | Nə üçün belə düşünürsünüz? |