Xalq şairi Məmməd Arazın lirik şeirlərinin ana xəttini vətənpərvərlik, qəhrəmanlıq motivləri təşkil edir. Şairin dillər əzbəri olan “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim” misraları onun həyat mövqeyini, amalını əks etdirir.
Əsgər oğullarımızın vətənpərvərliyi, igidliyi, doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır olmaları şairin yaradıcılığında qüvvətli əks-səda doğurmuş, qəhrəmanlıq himni kimi səslənən əsərlərin yaranmasına səbəb olmuşdur. “Əsgər məktubu” şeirində şair təkcə ürəyinin səsini deyil, gənc əsgərin munis duyğularını, hiss və düşüncələrini də misralara köçürmüşdür. Şeir diqqəti dərhal cəlb edir və birnəfəsə oxunur. Əsəri maraqlı edən səbəbləri aydınlaşdırmağa çalışın. Şairin seçdiyi söz və ifadələrin, bədii ifadə vasitələrinin əsərə gətirdiyi təravəti, gözəlliyi aydınlaşdırmağa xüsusi diqqət yetirin.
Əsgər obrazı | Müəllifin ona münasibəti | Sizin münasibətini |
s/s | Müəllif haqqında təəssüratınıza nə əlavə olundu? | Bunun səbəbi (nümunələrlə əsaslandırmalı) |
Əsərdə qaldırılan başlıca problem |
Problemin müəllif həlli |
Problemin həllinə sizin münasibətiniz |
Əsərin başlıca ideyası | Nə üçün belə düşünürsünüz? |
Müzakirə edin: | “Əsgər məktubu” şeirinin ideyası ilə səsləşən hansı bədii əsərləri və filmləri xatırlayıram? |