Hər xalqın dilində onun milli xüsusiyyətlərinə uyğun olan müəyyən
standart söz və ifadələr vardır. Belə sözlərə nitq etiketləri deyilir.
Dilimizdə işlənən müraciətlər nitq etiketlərindən biridir.
8. Sözlərin quruluşunu nəzərə alıb məntiqi ardıcıllığı tamamlayın.
Yoldaş, vətəndaş,...
Həmin sözlərdən hansını müraciət etiketi kimi işlətmək olar? Fikrinizi nümunələrlə əsaslandırın?
- Sizcə, nə üçün şair insanlara bu qədər əhəmiyyət və dəyər verir?
- Şairin bütün insanları sevməsi onun hansı xüsusiyyətini üzə çıxarır?
- Şairin müəlliminə verdiyi suala siz necə cavab verərdiniz? Müəllimlərinizin şəxsindən çıxış
edərək bu sualı cavablandırın.
- Siz öz müəlliminizə necə münasibət bəsləyirsiniz?
- Sizcə, nə üçün müəllim müqəddəs sayılır?
- Şeirin adına münasibət bildirin. Nə üçün şeir “Müəllim” yox, “İnsanlar” adlanır? Siz şeiri necə
adlandırardınız?
- Hansı fikir şeirin məzmunu ilə səsləşir?
- insanı sevmək ona səadət arzu etməkdir.
- Pis insan başqalarında da həmişə pislik axtarır.
- Yer üzündə ən böyük varlıq insandır.
- İnsanı tanımaq üçün onu sevmək lazımdır.
- Şeiri davam etdirmək istəsə idiniz, hansı suallardan istifadə edərdiniz?
- Sxemi tamamlayın və şərh edin.