2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.
Bu gün Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yeri, inam yeri olmuş mötəbər ziyarətgahdır.
Seymur Yunusov
əsr – əsir
həsr – həsir
hərf – hərif
kəsr – kəsir
məhrum – mərhum
mətn – mətin
sənəd – sənət
süfrə – sürfə
şahid – şəhid
Tədqiqatlardan məlum olur ki, “and” sözü, əslində, “qan qardaşı” mənasında işlənən “anda” sözündəndir. “Anda” sözü monqolca həm də “əmi, dayı” mənasını verir. Monqollarda “xoş gəldiniz” demək məqamında “anda” deyirlər ki, bunun da mənası “qardaşımsan və əzizimsən” deməkdir. Qədim türk xalqlarının və monqolların bir adətinə görə, əsilləri başqa-başqa qəbilələrdən olan, ancaq qardaşlaşmaq, dostlaşmaq istəyən iki şəxsin hər biri öz barmağını deşər və barmaqdan çıxan qanı qarışdırarlarmış. Bu mərasim bitəndən sonra onların hər biri digərinin qəbiləsində qardaşlığının bütün hüquqlarını əldə edir, doğma qardaşdan fərqləndirilmirdi. “And içmək” ifadəsi bu adətlə əlaqədardır.
(Musa Adilov, “Niyə belə deyirik” kitabından)
30 dekabr
31 Mart
14 iyun
31 Dekabr
30 Mart
15 İyun