Şəhid olmaq ölmək, yox olmaq deyil, ölümlə var olub mənən diri qalmaq deməkdir. Allah yolunda ölənləri heç də ölü zənn etmə! Əslində, onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.
(Qurani-Kərim, “Ali-İmran” surəsi, 169-cu ayə)
“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də, gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Heydər Əliyev,
Ümummilli lider
20 Yanvar faciəsi ilə bağlı əlavə məlumat toplayın.
Verilmiş materiallardan və topladığınız məlumatlardan istifadə edərək ssenari yazın və “20 Yanvar – Qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya hazırlayın. Ssenari əsasında kiçik sənədli f ilm də çəkə bilərsiniz.