Nümunə:
Darğanın xəyanətini xalqa elan edin.
Xalqa elan edin ki, darğa xəyanət etmişdir.
Dünən(ki) söhbət məni narahat edirdi.
Dünən(ki) sən gəlmədin, fikrim dəyişdi.
Bilirdi(ki) bizə gələcək.
Məktəbdə(ki) tədbir çoxlarının ürəyincə oldu.
Məktəbdə(ki) belə tədbir keçirmisiniz, səsi hər yerə yayılıb.
Tarixçilər nağıl edirlər ki Buxara Səmərqənd kimi şəhərlərin gözəl abidələri Təbriz ustalarının əli ilə yaradılmışdır (Ə.Cəfərzadə). Yerlisini sorğu-suala tutsa da heç nə öyrənə bilmədi (Ə.Cəfərzadə).
General Əliağa Şıxlinskinin şəxsi fondunda şair Osman Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır. O şair O.Sarıvəlliyə yazır ki mən cəsarət edib böyük dramaturq C.Cabbarlıya yazdığınız Yaşar və Ölüm şeirlərini türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm tərcümə ilə tanış olun xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin (Ş.Nəzirli).