ELÇİYƏ ZAVAL YOXDUR
Bu ifadə Şərqdə çox qədim tarixi olan bir adətlə əlaqədardır. Qalib hökmdarlar məğlubları həmişə öz əsarətində saxlamaq üçün onların övladlarını və ya çox yaxın adamlarını zaval olaraq öz saraylarında yaşamağa məcbur edirdilər. Bu mənada “zaval” sözü “girov” anlayışına uyğun gəlir (lakin girov cansız əşyalardan olur və başqa səciyyəlidir). Zaval kimi sarayda saxlanan adamlar isə nə qədər olsa da, özlərini azad, sərbəst hesab edə bilmirdilər, yad mühitdə aciz, yazıq görkəm alırdılar, buradan da “zavallı” sözü meydana gəlmişdir.
Elçi sifəti ilə göndərilən şəxs isə zaval olaraq saxlanıla bilməzdi. “Elçiyə zaval yoxdur” ifadəsi buradan yaranmışdır.
Hərçənd ki, buna görə də, çünki, ki, əgər, hərgah, və, o səbəbə ki