- Mətndə mötərizədə verilmiş sözlərdən uyğun olanını istifadə edin.
- Mətndən frazeoloji birləşmələri seçin.
- Mətndəki hansı sözlər müasir dilimizdə işlənmir? Belə sözlər necə adlanır?
Həmin sözlərin bədii əsərlərdə işlənməsi nə üçündür?
- Çərçivəyə alınmış sözləri (səh. 92) nitq etiketinin bir növü hesab etmək
olarmı? Həmin etiketi adlandırın və uyğun nümunələr tapın. Bu etiketlərdən
hansı halda istifadə olunur?
- Aşağıdakı ifadələrin əksini tapın.
Səni yüz yaşa!
...
Allah qorusun!
...
Allah öldürsün!
Evin yıxılsın!
...
Bədbəxt olasan!
- İkinci sütundakı ifadələr necə adlanır? Sizcə, onların işlənməsinə
ehtiyac varmı?
- Sultanım xanımın hərəkətlərinə münasibət bildirin. Fikirlərinizi əsaslandırın.
- Əsər əsasında Sultanım xanımın şəxsi keyfiyyətlərini sadalayın.
- Mətndən çıxış edərək Şah İsmayılın şəxsi keyfiyyətləri haqqında
danışın.
- Sonuncu abzasda hansı faktın düzgün olmadığını müəyyənləşdirin. Bunun
üçün Çaldıran döyüşünün baş verdiyi tarixi xatırlamaq kifayətdir.
- Qasidin hökmlə danışmasının ən azı iki səbəbini göstərin.
- Mətndən hansı nəticəni çıxardınız?
- Bu atalar sözlərindən biri mətnin məzmununa uyğun gəlir:
- Əmanətə xəyanət olmaz.
- Saxla samanı, gələr zamanı.
- Qul xətasız, ağa kərəmsiz olmaz.
- El malına xor baxanın gözlərinə qan damar.
- Siz torpağınızın, yurdunuzun şərəfini qorumaq üçün nə edirsiniz? Vətənin
şərəfini qorumaq üçün yalnız döyüşməkmi lazımdır?