Bu sözləri deyəndə(–) darğanın qorxudan əlləri əsir, barmaqları titrəyirdi. Ancaq aldığı ənamlar, verdiyi sözlər onun öz canı ilə oynamasına bais oldu.
Sultanım xanım üzüklü sağ əlini qaldırıb qeyzlə dedi:
– Mənim şahzadə adından danışmağa səlahiyyətim var. Amma qoy sənə bir misal çəkim. Deyirlər(–), (qədim, antik) zamanlarda məğlub bir padşah qalibin yanında çox ürəkli danışırmış. Bunun (səbəbini, məqsədini) axtarırlar. Axırda dünyagörmüş bir qoca deyir: “Baxın görün, o şah harada dayananda ürəkli danışır və həmin yeri qazın. Növbəti danışıq zamanı şahın durduğu yeri qazırlar. Həmin yerdən xeyli qızıl küpü çıxır. Məlum olur ki, məğlub şahı danışdıran üstündə dayandığı xəzinə imiş!” İndi mən də əmin oldum ki, səni danışdıran düşməndən aldığın ənamlardır. Sən xəyanət yolu tutmusan, Əbdülfəttah bəy!
Sərkərdələrin çoxu ürəyində “Əhsən!”, “Halal olsun!” – deyə düşünərək məhəbbətlə şahzadəyə baxdı. Gözləmədiyi halda Sultanım xanımın onun sirrinə vaqif olması bəyi sarsıtdı. Dəhşətdən damarlarında qanı dondu. İxtiyarsız xanımın ayaqlarına döşəndi:
– Aman, aldadıblar məni, şahzadə xanım! Bağışla məni!
Sultanım xanım:
Mən qarasına demişdim, bəy! – deyə (qışqırdı, bağırdı). – Xəyanətini özü etiraf edəndən sonra casusun, doğma yurduna məğlubiyyət arzu edən xainin cəzası ölümdür! Aparın! Darğanın xəyanətini xalqa elan edin. ... İndi isə, ağalar, buyurun, məşvərətə. Görək şəhərimizi necə müdafiə etməliyik...
* * *
Müvafiq şəkilçiləri bərpa etməklə mətnin sonluğunu oxuyun. Şah İsmayılın sözlərinə münasibət bildirin.
Tünd şriftlə verilmiş cümlədə mötərizədən uyğun olan sözü seçin.
Bu qalanın fəthindən illər keçəcəkdi. Ömrünün son günlərində Şah İsmayıl (1487–1524) övladlarına yazacaqdı: “Bir çox, döyüşlər, iştirak etmək. Qələbə qazanmaq. Çaldıran döyüşü, 14 il, keçmək. Hələ, bir dəfə, üz, gülmək. Əziz xələflərim! Ömür, son, gün, yaşamaq. Bu az, ömür, əl, gələn, etmək. Parça-parça bölünmüş (diyarlarımızı, yurdlarımızı, torpaqlarımızı) qılınc gücü, birləşdirmək, çalışmaq. Vətən, bir sıxma, torpaq, bir ovuc, qızıl, dil, bir kiçicik söz, ləlcəvahirat, üstün bilmək. Hər ikisi, Vətən, və, dil, əbədiyyət, üçün. Mən, lənət, yad etmək! Yaxşı, nə, başlamaq, o, göyərtmək! Səhvlər, təkrar etməmək! Siz, üç, əmanət, qoyub, ərən babalar, dil, qeyrət, Vətən! Əmanət, qorumaq!
Əzizə Cəfərzadə