– (–)O xanədanın çırağı sönüb, şahzadə.
– Bəs camaat? Onların təslim olmaq istəyib-istəmədiyinin əhəmiyyəti yoxdur?
Qasidin həyasızlığı o dərəcəyə çatdı ki, o, cavab qaytardı:
– Camaat! Camaat kimdir, nədir?
Sultanım xanım gözlənilməz bir hökmlə əlini qaldırdı:
– Aparın, meydanda asın! Günahını da carçılar desin! Qoy bəyənmədiyi camaat onu öz gözü ilə görsün!
Qərarın qətiliyinə inanan qasid yalvarmağa başladı. Sultanım xanım qaşlarını çatdı:
– Sən hələ (qorxaqmışsan da, ürkəkmişsən də)? Bir qaşıq qanından (ötrü, üçün, görə) sürünmə! Danışdığın kimi mərdanə ölməyi bacar.
Elçi aparılandan sonra Əbdülfəttah bəy dedi:
– Xanım, heç yaxşı iş görmədiniz.
– Niyə? – deyə Sultanım xanım maraqla soruşdu: – Şirvanşahları alçaldan, camaatımızı bəyənməyən bir qasidə aman verəydik?
– Axı bir nəzərə alın ki, üstümüzə gələn Şah İsmayıldır. Onun qəzəbindən qorxun! Sizin qayınatanız Fərrux Yasar Cabanıda həlak olub. Qazi bəy ortada yoxdur. Axı dava-şava kişi işidir! Ya şəhəri təslim elə, ya da şahzadənin yerini de!