(romandan bir hissə, ixtisarla)
Qalaya bir ay əvvəl elçi gəlmiş, Şah İsmayılın xərac (tələbini, xahişini) gətirmişdi. Onda Fərrux Yasar hələ sarayda idi və elçiyə rədd cavabı vermişdi. İsmayılın Şirvan və Bakı üzərinə hücumu da elə bununla izah edilirdi. İndi onların heç biri: nə qayınatası Şirvanşah Fərrux, nə də əri Qazi bəy sarayda idi. Onlar qoşun və kömək gətirmək üçün getmişdilər. Lakin heç birindən xəbər yox idi. İndi bütün bunları düşünən Sultanım xanım şəhərin müdafiəsi üçün tədbirlər tökürdü.
Bu zaman qasidin gəldiyini və Qazi bəylə görüşmək istədiyini dedilər. Sultanım xanım məşqlər zamanı əyninə geydiyi süvari paltarını geyindi və qasidlə görüşmək üçün Qazi bəyin qəbul otağına keçdi.
Burada Bakı darğası Əbdülfəttah bəyi qasidlə yanaşı dayanan gördü. Bir neçə cavan sərkərdə isə Qazi bəyin (dostları, tanışları) idi və Sultanım xanımı tanıyırdılar. Qazi bəyin əvəzinə Sultanım xanımın tək daxil olması cavanları heyrətləndirsə də, onlar qasidin yanında bunu üzə vurmadılar.
Qasid irəli gəldi, sinəsini qabağa verib əda ilə dilləndi:
– Mən hökmü Ərdəbildən Ərzincana, Şirvanşahlıqdan Şama (işləyən, çalışan) qibleyi-aləm Şah İsmayıl tərəfindən hüzurunuza təslim tələbi ilə göndərilmişəm. (–)Təslim olmalısınız! Yoxsa iki gün keçməyəcək, qala altüst olacaq. Hamınız da əsir ediləcəksiniz!
Qasid çox ürəklə danışırdı. Bilirdi ki, qalanın o biri üzündə döyüşə hazırlıq gedir. Arxasında Xülafə bəy, Bayram bəy kimi igidlər durmuşdu. Bir də ki saray qayda-qanunlarına bələd idi.
Qasidin hökmlü və (hirsli, acıqlı) danışığı xanımın qəlbinə işlədi. Qasidin Əbdülfəttah bəyə baxması da onun nəzərindən yayınmadı. Sonra sərkərdələrə baxdı. Darğadan başqa, bütün sərkərdə və əyanlar qəzəblənmişdilər.
Sultanım xanım təmkinlə dedi:
– Sən nə cürətlə yeddi yüz illik Şirvanşahlar xanədanına meydan oxuyursan, bu sarayda təslimdən danışırsan?