Bu plana əsasən, yalnız Şirvanşahlar kompleksi saxlanılmaqla
bütün
orta əsr abidələri sökülməli, yeni küçələr sistemi salınmaqla əhali forştadta
köçürülməli idi. Lakin bu köçürülmənin baha başa gəlməsi və əhali tərəfindən
arzuolunmaz olduğu nəzərə alınaraq layihədən imtina edildi. Beləliklə,
İçərişəhər məhv edilməkdən xilas olundu.
Xoş tale, həmçinin xalqın iradəsi və qətiyyəti İçərişəhəri düşünülməmiş
qərarlardan mühafizə etmiş, onu qoruyaraq bugünkü müstəqil Azərbaycana
qovuşdurmuşdur.
“İçərişəhər Azərbaycan tarixində” kitabından
- Mətnin abzaslara düzgün bölündüyünü əsaslandırın.
- Xronologiyanı nəzərə alsanız, mətndəki abzasları necə düzərsiniz?
- Rusların Bakı şəhərinə marağının səbəbi nə idi?
- Mətndə hansı faktlar sizin üçün maraqlı oldu? Bildiyiniz hansı faktı
mətnə əlavə etmək istərdiniz?
- Mətni oxuyarkən bu qənaətə gəldim ki, ... cümləsini mətndən əldə
etdiyiniz
müxtəlif hökmlərlə tamamlayın.
- Əgər siz arxeoloq olsa idiniz, yaşadığınız ərazinin hansı hissəsində tədqiqat
işləri aparardınız? Nə üçün?
- Uyğunluğu müəyyənləşdirin.
- Qız qalası abidəsi haqqında məlumat toplayıb mətnə əlavə edin. Bu zaman
abzaslar arasında rabitənin itməməsinə çalışın.