Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar mugilan (Ərəbistan çöllərində bitən tikanlı bitki, kol) ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə də başqalarına.
Çalış, özünün müəyyən sənət və şöhrətin olsun, çünki özünün şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Əsl ad-san ona deyərlər ki, onu öz istedad və bacarığınla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “əmi”, “dayı” əvəzinə, “müəllim”, “alim”, “həkim” çağırarlar. Əgər əsil- nəsəbi olan adamın öz bacarıq və ləyaqəti yoxsa, o heç kəsin işinə yaramaz.
"Qabusnamə"dən
Fidan
Babam həmişə bizə “haqqı nahaqqa qurban vermə”, “haqq nazilər, amma üzülməz” kimi sözlərlə nəsihət verərdi. Uşaqlıqdan ətrafımdakılardan birinin haqsız yerə incidildiyini görəndə həmin adamı müdafiə edirdim. Bəlkə də, hüquqşünas olmaq istəyim bununla bağlıdır. Haqqı tapdanan insanların hüquqlarını bərpa etmək, onları müdafiə etmək həmişə əsas (arzu, məqsəd, amalım) olub. Anamdan eşidib öyrənmişəm ki, ilk hüquqşünaslar Roma qanunvericiləri olub.
Yunis
Mən isə gələcəkdə memar olacağam. Memarlıq ən qədim peşələrdən biri hesab olunur. Gözəl və yaraşıqlı binalar tikmək insandan ..., ... təxəyyül tələb edir.
Rauf
Mən isə iqtisadçı olacağam, çünki ...
Bu işə maraq mənə atamdan keçib ...
Lətifə
Mən gələcəkdə ... .