Verilən tapşırığın yerinə
yetirilməsi, görülmüş
işin nəticəsi
haqqında
məsul şəxsə,
kollektivə, təşkilata,
ictimaiyyətə
yazılı və ya şifahi
şəkildə verilən
rəsmi məlumatdır.
Uşaq birliyinin rəhbəri Nigar Ceyhun qızının Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ilə bağlı keçirdiyi tədbirlərə dair
HESABATI
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi üçün noyabr ayında məktəb fəallarının iştirakı ilə tədbirlər planı işlənib hazırlanmış, siniflər arasında vəzifə bölgüsü aparılmışdır.
Ədəbi-bədii gecənin keçirilməsi üçün ssenari yazılmış, həmin ssenari əsasında hazırlanmış tədbir dekabrın 26-da məktəb kollektivi qarşısında nümayiş etdirilmişdir.
Bu münasibətlə məktəbdə inşa müsabiqəsi keçirilmiş, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmiş və ... .