Uzun bir tarix yaşadıq, oddan-alovdan keçdik. Bizi yox etmək, parçalamaq, pərən-pərən salmaq istədilər, bacarmadılar. Düşmən bizə nələr etdi... Nə etdilərsə, bizi ruhən, qəlbən ayıra bilmədilər.
Haralarda olsaq belə, dilimizi qoruduq. Adımız, sevincimiz, kədərimiz, yaşam tərzimiz bir oldu, heç yadlaşmadı. Tarımızın, sazımızın simi bir, teli bir oldu...
Bir olmağı öyrəndik. Sürgündə bir, əsirlikdə bir, yaxında bir, uzaqda bir. Kökü-soyu təmiz bizlər hər zaman bir olmağı öyrəndik, AZƏRBAYCANLI olmağı öyrəndik, öyrətdik – yaşadıq.
“Füyuzat” jurnalından, 2013-cü il
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında material toplayıb ilk cümləsi natamam verilmiş mətni davam etdirin. Təqdimat da hazırlaya bilərsiniz.
Həmin günün təntənəli şəkildə keçirilməsi üçün ssenari yazın və tədbir hazırlayın. Tədbirdə təqdimatınızla çıxış edin.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası ...
Bakıda ilk Avropa oyunlarının açılışı zamanı birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışını xatırlayın. Həmin çıxışda olimpiya oyunlarının keçirilməsinin əsas məqsədi açıqlanmışdı. Sizcə, bu oyunların keçirilməsində məqsəd nə idi?
Sizcə, niyə olimpiya oyunları üçün məhz nar simvol kimi seçilmişdi?