Əgər işarələdiyiniz cümlələrin sayı I hissədə (1–4-cü cümlələr) çoxluq təşkil edirsə, deməli, sizə uyğun olan insanlara qayğı göstərməklə bağlı sənət növü ola bilər. Əgər təbiət elmləri sizi maraqlandırırsa, demək, tibb sahəsində işləmək haqqında düşünə bilərsiniz, məsələn: həkim və ya tibb bacısı sənətini seçə bilərsiniz. Tədris və ya sosial sahə üzrə işlər sizin şəxsi keyf iyyətlərinizə uyğun ola bilər.
Əgər işarələdiyiniz cümlələrin
sayı II hissədə (5–8-ci
cümlələr) çoxluq təşkil edirsə,
deməli, siz biznes sahəsinə aid
işlər haqqında düşünə bilərsiniz,
məsələn: satış və
marketinq sənətini seçə
bilərsiniz. Həmçinin mühasib
və iqtisadiyyat da sizin üçün
uyğun variant ola bilər.
Əgər işarələdiyiniz cümlələrin sayı III hissədə (9–12-ci cümlələr) çoxluq təşkil edirsə, deməli, sizə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq daha uyğundur. Xüsusi istedadınızdan asılı olaraq, musiqi, ədəbiyyat və ya incəsənət aləmində özünüzə uyğun iş tapa bilərsiniz. Sizə uyğun sahələrə həmçinin nəşriyyat, jurnalistika, kitabxanaçılıq, qraf ik dizayn və s. aid ola bilər.
Əgər işarələdiyiniz cümlələrin sayı IV hissədə (13–15-ci cümlələr) çoxluq təşkil edirsə, deməli, analitik düşüncəyə maliksiniz. Kompüter elmləri və ya mühəndislik peşəsi sizin üçün uyğun ola bilər. Sizin həmçinin ətraf aləmi dərketmə bacarığınız da var. Buna görə də memarlıq, inşaat və buna yaxın sahələr də sizin üçün alternativ peşə ola bilər.