“Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi uşaqların tərbiyəsinin
necə qoyulmasından asılıdır”.
Həsən bəy Zərdabi
"Hər peşənin öz qayda-qanunu vardır. İnsan öz sənətini yaxşı bil-
məlidir ki, ondan fayda götürə bilsin və fayda verə bilsin”.
“Qabusnamə”
Əziz şagirdlər!
- İlk növbədə, bölmənin adına münasibət bildirin.
Məktəb və fərd dedikdə nə başa düşürsünüz?
- Fərdin bir şəxsiyyət kimi formalaşmasında mək-
təb və müəllimin hansı rolu vardır?
- Müəllim və şagird münasibətləri necə qurul-
malıdır?
- Şagirdin peşə seçimində məktəb və müəllimin
rolu haqqında fikir mübadiləsi aparın.
- Həsən bəy Zərdabidən və “Qabusnamə”dən
gətirilmiş kəlamlara münasibət bildirin.
- Sizcə, ilk bölmə nə üçün şagirdlərin məhz peşə
seçimi haqqında söhbəti ilə başlanır?