- Cəfər qardaş, tarınız qaldı, – deyə mən onu səslədim.
- Deyirdiniz ki, tarım yoxdur. Tar olsa, çalmağı öyrənib, sizin arzunuzu
yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə deyərlər,
bu meydan, bu da şeytan. İndi öyrən, – deyə o, ikinci dəfə xudahafizləşib
məndən ayrıldı.
Süleyman Tağızadə
- Doğru sözünün omonimliyini əsaslandırın.
- Aşağıdakılardan biri foye sözünün leksik mənasıdır:
- Tamaşanın başlanmasını dayanıb gözləmək üçün xüsusi yer;
- İri meydança;
- Hər hansı bir binanın giriş hissəsi.
- “Bu meydan, bu da şeytan” ifadəsinin mənasını izah etməyə çalışın.
- Xudahafizləşmək sözünün sinonimini və antonimini müəyyənləşdirin.
- Mətndə hansı etiketlərdən istifadə olunmuşdur? Siz onları hansı etiketlərlə
əvəz edərdiniz?
- Cəfər Cabbarlının hərəkətinə münasibət bildirin. Mətnə əsasən onun
şəxsi keyfiyyətləri barədə danışın. Müasir dövrdə belə bir hadisə ilə
qarşılaşmısınızmı?
- Mətndə hansı suala cavab yoxdur?
- Teatra aktyor göndərilən şəxs kim idi?
- Cəfər Cabbarlı tarı nə üçün alır?
- Mətndəki hadisələr nə vaxt baş verir?
- Cəfər Cabbarlı tarı nə üçün özü aparmır?
- Aktyorun tarda ifası hansı tamaşa üçün nəzərdə tutulmuşdur?
- Necə düşünürsünüz, Cəfər yazdığı əsərdə Süleymana rol verəcəkmi?
Siz necə edərdiniz?
- Cümləni tamamlayın və fikrinizi əsaslandırın:
Mətndən bu nəticəyə gəlmək olur ki, ...
- Mətndə təsvir olunan hadisələri III şəxsin dilindən danışın.
- Nöqtələrin yerinə söz və söz birləşmələrindən uyğun gələnini əlavə edin.
Cəfər Cabbarlı ... anadan olmuşdur. Bakıda rus-tatar məktəbində
oxuyarkən
... ona dərs demişdir. ... sonra Cəfər Cabbarlı Azərbaycan
Xalq Cümhuriyyətinin
parlamentində stenoqrafçı işləmişdir.
O, ... müasir ... banisi kimi düşmüşdür. Bir çox ..., satirik şeirlərin müəllifidir.
C.Cabbarlı tərcüməçiliklə də məşğul olmuş, V.Şekspirin ... və ...
əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdir.