Mürəkkəb cümlələrin iki növü var: tabesiz və tabeli mürəkkəb cümlələr.
Bərabərhüquqlu cümlələrin birləşməsindən əmələ gələn cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Belə cümlələr həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə bağlanır.
Məsələn:
Başqalarını tanıyan şəxs bilikli, özünü tanıyan şəxs ağıllıdır.
1938-ci ildə “Koroğlu” operası Moskvada tamaşaya qoyulur və Bülbül baş rolda çıxış edərək ariyaları gözəl səslə ifa edir.