“Heyratı” Azərbaycan zərbi-muğamlarından biridir. Gümrah, nikbin və cəngavər əhvali-ruhiyyəlidir. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında sərkərdə Nofəlin səhnəsi və leytmotivi “Heyratı” zərbimuğamının mövzusuna əsaslanır. Müasir dövrdə hərbi-vətənpərvərlik ruhuna görə əsgər marşı kimi də oxunur.