Həmin tamaşaçıların dediklərinə görə, “Arşın mal alan” f ilmi bu əsərin pis bir teatr tamaşası səviyyəsində çəkilmişdir və acınacaqlı haldır ki, həmin təhrif olunmuş f ilm xarici ölkələrdə nümayiş etdirilir. Bu aşkar ədəbi oğurluq faktının mövcudluğunu, eləcə də əsərin əsl müəllif inin familiyasının xarici tamaşaçılardan gizlədilməsini qeyd etməklə, yuxarıda adı çəkilən fakt haqqında Sizə məlumat verməyi vacib sayıram.
“Arşın mal alan” musiqili komediyasının müəllifi,
SSRİ Xalq artisti, professor Ü.Hacıbəyli
“1942-ci ildə Təbrizdə və İranın digər şəhərlərində olmuş bir sıra yazıçı və incəsənət xadimlərimiz: Osman Sarıvəlli, Məmməd Əkbər, Şəmsi Bədəlbəyli və başqaları mənə məlumat vermişlər ki, Təbriz, Rəşt və digər şəhərlərdəki kinoteatrlarda 1942-ci ilin mart ayının əvvəllərindən başlayaraq erməni dilində Amerikada çəkilmiş “Arşın mal alan” f ilmi göstərilir”.
M.C.Bağırov 1943-cü ildəki görüşlərinin birində bu yazının məzmunu ilə Stalini tanış etmiş, o da həmin faktdan mütəəssir olub demişdir: “Eybi yoxdur; biz də öz sovet “Arşın mal alan”ımızı çəkərik!” Təbiidir ki, bunun ardınca layihənin ittifaq hökuməti tərəf indən maliyyə təminatı həyata keçirilmişdir. Yoxsa hələ çörək kartoçkalarının işlək olduğu, ərzaq və sənaye mallarının qıtlığı şəraitində yaşayan Azərbaycanda böyük xərc və çox gərgin yaradıcılıq əməyi tələb edən “Arşın mal alan” kimi bir f ilmi qısa müddətdə çəkmək mümkün olmazdı…
Bəkir Nəbiyev
“Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabından
Ariya, folklor, ...
tərəqqi – ...
yaradıcılıq – ...
təmayül – ...
nabələd – ...
təsəvvür – ...
həvəskar – ...