Yazıçı Ə.Haqverdiyevin rəhbərliyi altında hazırlanmış bu tamaşada artıq tanınmış xanəndələr Cabbar Qaryağdıoğlu və Əhməd Ağdamski ilə yanaşı, Üzeyir adında 13 yaşlı bir oğlan da iştirak edir. ***
4. Milli auditoriyanı xalqın nabələd olduğu opera formasına alışdırmaq məqsədilə Ü.Hacıbəyli “Leyli və Məcnun”da maraqlı bir üsula əl atır – klassik operaya xas olan ariya və qəhrəmanları səciyyələndirən digər nömrələri muğamlarla əvəz edir. Bu səbəbdən Ü.Hacıbəylinin “Leyli və Məcnun”, həm də sonralar yaratdığı bir neçə yeni əsər “muğam operası” adı ilə tanınır. ***
O zaman heç kəs təsəvvür edə bilməzdi ki, cəmi 10 il sonra bu uşağın adı Bakının teatr afişalarında yazılacaq və elə bu andan da Azərbaycan musiqisinin tarixinə əbədi həkk olunacaq.
* * *
22 dekabr 1942-ci ildə Üzeyir Hacıbəyli Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırova ... göndərmişdir.
Sizcə, nöqtələrin yerində hansı söz yazılmalıdır?
A) teleqram B) ərizə C) məktub
“Arşın mal alan” operettasının ermənilər tərəfindən oğurlanıb xaricdə ekranlaşdırıldığını ifşa edən bu yazı əsərin sonrakı uğurlu kino taleyində bir tarixi təkan rolu oynamışdır.
Çərçivələrin ardıcıllığını bərpa edib yazının məzmunu ilə tanış olun.
Ssenarisinin zəif, çəkilişinin başdansovdu olmasına baxmayaraq, film böyük müvəffəqiyyətlə nümayiş etdirilir. Onların dediklərinə görə, filmdə əvvəldən axıradək mənim musiqimdən istifadə edilmişdir. Əsərin süjet xətti, komediyadakı obrazların adları dəyişdirilməmişdir. Bununla belə, komediyanın müəllif inin adı heç yerdə çəkilmir.
Musiqinin müəllifi qismində filmdə Kuşnerev deyilən birisinin, ssenarist kimi Manukyanın və rejissor olaraq Tiqranovun adları gedir. Hadisələrin İran zəmininə köçürüldüyünə baxmayaraq, bütün ifaçılar XX əsrin əvvəllərindəki Azərbaycan əlbisəsində çıxış edirlər.