O vaxt mənim on üç yaşım var idi və doğma Şuşamda mən həvəskar aktyorların ifasında “Məcnun Leylinin qəbri üstündə” səhnəsinə tamaşa etmişdim (Məcnun rolunu Cabbar Qaryağdıoğlu ifa edirdi). Bu səhnə məni o qədər həyəcanlandırmışdı ki, bir neçə il sonra Bakıya gələndə mən operaya oxşar bir əsər yazmağı qərara aldım”
Cabbar Qaryağdıoğlunun ifasını dinləyən və onun oxu tərzi haqqında öz (təəssüratını, düşüncələrini, fikirlərini) bildirən Sergey Yesenin etiraf edirdi ki, heç bir xanəndədə belə uzun nəfəsə rast gəlməmişdir. Xanəndə oxuduqca muğam biliciləri şairin qulağına onların adlarını pıçıldayırdı: Muğam “Mahur”, muğam “Rahab”, muğam “Heyratı” və s. İfasını bitirən Cabbar Qaryağdıoğlu qavalı dizləri üstünə qoymuş və salon gur alqış sədalarından lərzəyə gəlmişdi. Təkcə S.Yesenin deyil, bütün zaldakılar tilsimlənmiş kimi oturmuşdular.
– Şair şairə, rəssam rəssama öz təşəkkürünü nə cür bildirə bilər?
Siz necə düşünürsünüz, Azərbaycan xanəndəsinin və muğamının sehrinə düşən şair xanəndəyə öz təşəkkürünü necə bildirəcəkdi?
S.Yesenin ayağa durmuş və bədahətən Cabbar Qaryağdıoğlunun şərəfinə şeir söyləmişdır. Sonra o, şeiri yazıb xanəndəyə vermişdi. Şair Cabbar Qaryağdıoğlunu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır.
Zemfira Səfərova