Ertəsi gün Üzeyir bəy evdən konservatoriyaya zəng vurur, nə isə soruşur.
Ertəsi gün Üzeyir bəy evdən konservatoriyaya zəng vurur, o nə isə soruşur.
Teatr Muzeyi məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən xahiş etmişdi ki, o, Üzeyir Hacıbəylinin şəklini çəksin.
Teatr Muzeyi məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən Üzeyir Hacıbəylinin şəklini çəkməyi xahiş etmişdi.
Milli musiqimizdə əbədi ənənələrin banisi Cabbar Qaryağdıoğlu Qarabağın parlaq ulduzudur. O, Azərbaycan musiqisinin tarixi və inkişafında mühüm rol oynamış və özündən sonra dəyərli miras qoymuş ustadlardan biridir. C.Qaryağdıoğlu böyük bir xanəndə, (qabiliyyətli, istedadlı) şair və bəstəkar olmuşdur. Məşhur rus tədqiqatçısı V.Krivonosov haqlı olaraq qeyd edirdi ki, Cabbar Qaryağdıoğlunun repertuarını bilmədən Azərbaycan xalq musiqisinin tarixini öyrənmək mümkün deyil.
Cabbar Qaryağdıoğlu Şərqdə ilk opera olan “Leyli və Məcnun”un yaranmasında əhəmiyyətli rol oynamışdır.
Operanın müəllifi Üzeyir Hacıbəyli özü bu barədə belə yazırdı: “Opera üzərində (işləməyə, çalışmağa) mən 1907-ci ildən başlamışdım, lakin bu (ideya, fikir) mənə daha əvvəl, təxminən 1897–1898-ci illərdə gəlmişdi.