- Mətndən əsas faktları seçin və dialoq qurun.
- Tematik tablolarda mövzu, əsasən, dini rəvayət və səhnələrdən, eləcə də tarixi hadisələrdən götürülür cümləsini mətnin hansı hissəsinə əlavə etsək, məzmuna xələl gəlməz?
- Mətndə nədən danışılmır?
- İncəsənətin növlərindən
- Boyakarlığın ən qədim formalarından
- Freska texnikasının sirlərindən
- Mozaika ilə freskanın fərqindən
- Monumental boyakarlıqla dəzgah qrafikasının xüsusiyyətlərindən
- Mətndə hansı suala cavab var?
- Boyakarlıq və heykəltəraşlıq dekorativ-tətbiqi sənətin hansı qoluna aiddir?
- Divar rəsmlərinin tarixi neçənci əsrlərə aiddir?
- Divar rəsmlərinin çəkilməsi zamanı hansı üsullardan istifadə olunurdu?
- Nə üçün mozaikaya nisbətən freska texnikası daha davamlı idi?
- Yaradıcılığında məişət janrına üstünlük verən holland rəssamı kim
idi?
- Mətni abzaslara ayırın və fikirlərinizi əsaslandırın.
- Qədim insanları qayalara şəkil çəkməyə nə vadar edirdi?
- Mətnin sonluğunu elə tamamlayın ki, giriş hissə ilə əlaqələnsin.
- Əgər rəssam olsa idiniz, müasir dövrümüz üçün aktual olan hansı
mövzuda rəsm əsərini çəkərdiniz?
- Bu parça əsas mətndəki (səh. 44–45) hansı abzasa aydınlıq gətirə bilər?
Dəclə və Fərat çayları arasındakı torpaqlara babillər və assurlar “Sennaar”,
yunanlar
isə Mesopotamiya, yəni “İkiçayarası
ölkə” deyirdilər. Burada
e.ə. III minilliyin ortalarında bir neçə dövlət birləşərək Şumer-Akkad deyilən
böyük bir dövlətin əsasını qoyurlar. O dövrdə Şumerdə incəsənətin memarlıq
qolu xüsusilə yüksək dərəcədə inkişaf edir. Şumer məbədlərinin dekorativ
bəzəyində müxtəlif divar rəsmlərindən, heykəl və barelyeflərdən geniş istifadə
olunmuşdu.
- Təsviri sənət və insanın təsviri birləşmələrində fərqləndirilmiş sözləri
leksik və qrammatik baxımdan izah edin.
- Mətndə məqsəd və intonasiyaya görə cümlənin hansı növündən istifadə
olunmuşdur? Niyə?